Abstract:
Hal-hazırda keramik materialları elektromekanika, elektronika, radiotexnika, komputer texnikası, maşınqayırma, metallurgiya, inşaat və s. sənaye sahələrində elektrik və istilik izolyator, odadavamlı kimi geniş tədbiqi onların istehsalına və xüsusilə də sərfəli yerli xammal materiallarından alınmasına tələbat duyulur. Odur ki, bizim tərəfimizdən böyük sənaye istehsalına malik olan təbii alümosilikatlar, karbonatlar əsasında material alınması və onların bir sıra fiziki-mexaniki xassələri öyrənilmişdir.