Abstract:
Müasir dövrümüzdə, iqtisadiyyatın inkişafı təsiri ilə
nəqliyyatın inkişafına təkan vermişdir (Cavadov, Ə.Ə., 2004). XXI əsrdə nəqliyyat
sektorunun inkişaf etmiş qollarından biri sərnişin daşımalarıdır. Azərbaycan
Respublikasının iqtisadiyyatının inkişafında nəqliyyat və logistikanın rolu böyükdür.
Avtobus sərnişin daşımaları yüzlərlə insanları yerdəyişmə əməliyyatlarını yerinə
yetirir. Sərnişinlərin avtobuslardan istifadəsi şəxsi nəqliyyatından istifadəsi ilə
müqayisə etdikdə daha sərfəlidir. Azərbaycan Respublikasının bəzi bölgələrində
nəqliyyatın inkişafı digər sektora nəzərən aşağıdır (Dövlət Statistika Komitəsi, 2022).
Sərnişinlərin marşrutlardan istifadəsi çoxaldıqca, bəzi problemlərin artmasına səbəb
olur. Avtobusların baxımsız, konsturktiv baxımdan əlverişsiz və s. digər amillərin
olması sərnişinlərin narazılığına səbəb olur. Nəinki Azərbaycanda, həmçinin bu cür
problemlərin mövcudluğu inkişaf etmiş ölkələrdə də müşahidə etmək mümkündür.
Bu cür problemlərin qarşısının alınması məqsədilə bır sıra metodlar tətbiq olunur.