Abstract:
Beynəlxalq nəqliyyat dəhlizi yüksək texnologiyalı nəqliyyat sistemi olub, əsas istiqamətlərdə ümumi təyinatlı yerüstü nəqliyyatı (dəmir yolu, avtomobil, çay) və telekommunikasiyanı özündə cəmləşdirir. Azərbaycan Respublikasının iştirak etdiyi belə dəhlizlərə "Şimal-Cənub" nəqliyyat dəhlizi, TRASEKA proqramı əsasında "Avropa-Qafqaz-Asiya" dəhlizi, "Şərq-Qərb" nəqliyyat və s. dəhlizini misal göstərmək olar.