Abstract:
Elektrik enerjisinin kəşfindən sonra
həyatımızda artıq yeni bir inkişafın başlandığını qeyd edə bilərik. Müasir
dövrümüzü elektrik enerjisiz təsəvvür etmək çox çətindir. Həyatımızın istənilən
anında sözügedən bu enerjidən istifadə etmək artıq bizim gündəlik tələbatımıza
çevrilmişdir. Bəs elektrik enerjisini bu qədər dəyərli edən nədir? Əlbəttə ki,
planetimizdə elektrik enerjisini almaq üçün kifayət qədər resursların olması,
asanlıqla bir enerji növündən digərinə (istilik, işıqlanma, fırlanma) çevrilə
bilməsidir. Həyatımıza elektrik enerjisi daxil olduqdan, yəni elektrik enerjisi ilə
işləyən avadanlıqlardan istifadə etməyə başladığımız andan işlərimiz xeyli
dərəcədə asanlaşmış, gündəlik yaşam tərzimiz dəyişmişdir.