Abstract:
Müasir dövrdə 2G, 3G və 4G mobil rabitə texnologiyalarından
çox geniş istifadə olunmaqdadır. Ən sadə formada insanlar arasında səs rabitəsinin təşkil
olunması ilə başlayan macəra bu gün artıq kritik infrastrukturun idarə olunması daxil
olmaqla həyatımızın hər bir sahəsinə nüfuz etmişdir və bu texnologiyaların tətbiq
sahələri artmaqda davam etməkdədir.
Bəzi hallarda, bu texnologiyaların arxitekturasında mövcud olan boşluqlardan istifadə
etməklə mobil şəbəkələrə hücumlar təşkil olunmaqdadır. Bunlara misal olaraq radio
efirin analizi vasitəsilə məlumatların əldə edilməsi və ya saxta rouminq şəbəkələr
üzərindən həyata keçirilən manipulyasiyalar göstərilə bilər. Bu tip “əməliyyatlar”
məlumatların icazəsiz əldə olunmasına gətirib çıxarmaqla yanaşı bəzi hallarda istifadəçi
xidmətlərinə birbaşa təsir göstərən daha ciddi fəsadlara da səbəb ola bilər.
Müasir dövrdə insanların artıq həyatın hər sahəsində bu texnologiyalara olan yüksək
asılılığını nəzərə alaraq ənənəvi şəbəkə texnologiyalarındakı mövcud təhlükəsizlik
problemlərinin səbəblərinin ətraflı araşdırılmıası və son dövrlərdə tətbiq olunmağa
başlanılan 5G şəbəkələrdə də bu problemlərin mövcud olub olmamasının təyin olunması
mühüm əhəmiyyət kəsb edir.