Abstract:
Telekommunikasiya şəbəkələri müasir cəmiyyətin
infrastrukturu üçün əvəzsiz rol oynayır. Onlar həm iqtisadi, həm də sosial aspektlərdə
böyük əhəmiyyət daşıyır. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT)
sürətli inkişafı, bu sahədə yeni standartlar və texnologiyaların ortaya çıxması,
telekommunikasiya şəbəkələrinin davamlı təkmilləşdirilməsini zəruri edir.
Telekommunikasiya şəbəkəsinin xüsusiyyətlərinin təhlili mövzusu bu səbəblə mühüm
və aktualdır.
Telekommunikasiya şəbəkələrinin inkişafı iqtisadi artımı və səmərəliliyi artırır.
Müasir biznes modelləri, e-ticarət, bank xidmətləri və bir çox digər sektorlar yüksək
sürətli və etibarlı rabitə kanallarına ehtiyac duyur. Eyni zamanda, cəmiyyətin fərqli
təbəqələri arasında informasiya və xidmətlərə çıxış imkanlarının genişlənməsi sosial
bərabərsizliyi azaldır və həyat keyfiyyətini artırır.
Son illərdə 5G və gələcəkdə 6G kimi yeni texnologiyalar telekommunikasiya
şəbəkələrinin imkanlarını xeyli genişləndirir. Bu texnologiyalar yüksək sürətli internet,
aşağı gecikmə vaxtı, böyük miqyasda cihazların bir-birinə bağlılığı kimi
xüsusiyyətlərlə xarakterizə olunur. Bu yeniliklər nəqliyyat, səhiyyə, təhsil və digər
sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb olur.