Abstract:
PUA-lar pilotlu təyyarələrin əvəzinə çirkli, təhlükəli, uzun və yorucu
tapşırıqları az maliyyə tələbi və risksiz olaraq həyata keçirir. Buna görə də son
zamanlar PUA-ların istifadə sahəsi genişlənir. Lakin PUA-lardan istifadə zamanı qısa
uçuş vaxtı və məhdud enerji kimi bir sıra problemlər mövcuddur. Dissertasiya işində
PUA-ları gücləndirən elektrik enerjisi mənbələrini və enerji idarəetmə strategiyalarını
nəzərdən keçirərək, enerji mənbələrinin seçilməsini asanlaşdırmaqla PUA-lar üçün
yüksək performanslı elektrik mühərrik sistemlərinin inkişafı üçün başlanğıc baza
təmin etməyə çalışmışıq. Bu məqsədlə MATLAB proqramından istifadə edərək qeyri-
səlis idarəetmə modelinin tədqiq etmişik.