Abstract:
Dünya miqyasında məlumatın rolu və dəyəri sürətlə
artmaqda olduğu bir dövrdə məlumatların qorunması və kibertəhlükəsizlik məsələləri
daim aktual mövzulardandır. Kibertəhlükəsizlik informasiya texnologiyalarının tətbiq
edildiyi hər sahədə əsas prioritetlərdən biri kimi qəbul edilir və bulud əsaslı elektron
kitabxana sistemlərinə də tətbiq edilir.
Bulud texnologiyalarının tətbiqi ilə yanaşı bu texnologiyalara müxtəlif
kibertəhdidlərin, məlumat oğurluğunun və kiberhücumların artması bulud əsaslı
elektron kitabxana sistemlərinin məlumat təhlükəsizliyi məsələlərinin ön planda
olmasını təmin edir. Universitetlər, elmi mərkəzlər və kitabxanalar kimi bilik
mərkəzləri də bu texnologiyalardan yararlanan müəssisələrdən biridir və bu
sistemlərin qorunması tədqiqat və akademik icmanın mənafeyinə xidmət edir.
Bulud əsaslı elektron kitabxana sistemlərində məlumatların
kibertəhlükəsizliyinin araşdırılması fərqli təhlükəsizlik risklərinin identifikasiyasını,
qiymətləndirilməsini və müdafiəsini tələb edir.