Abstract:
1. Radiomaneələr radio qəbuledicinin giriş dövrəsində faydalı siqnalın düzgün qəbuluna
mane olan və ya siqnalla funksional asılılıqda olan elektrik vəya elektromaqnit
təsirləridir.
2. Radio maneələr qəbul edilən siqnalın keyfiyyətini və onun verilmə uzaqlığını
məhdudlaşdıran mühüm səbəbdir.
3. Radio maneələr yaranma səbəbindən və mənbəyin tipindən asılı olaraq sənaye, kosmik ,
atmosfer radiomaneələrinə, başqa radio stansiyaların yaratdığı, bilərəkdən və ya süni
yaradılan radio maneələrə, eləcə də radio dalğalarını qəbul edən radiotexniki quğuların
öz küylərinə ayrılır.
4. Xarici və daxili radiomaneələrin təsiri nəticəsində siqnalın forması təhrifə məruz qalır.
Nəticədə informasiyanın səlis və dəqiq qəbulu prosesi xeyli mürəkkəbləşir.
5. Radiomaneələri aradan qaldırmaq üçün rabitə sisteminin maneələrə dayanıqlıq
xarakteristikalarını artırmaq lazımdır.
6. Koaksial fiderlər vasitəsilə qəbulediciyə ötürülən siqnalın keyfiyyətini yaxşılaşdırmaq
və radiomaneələrin təsirlərini azaltmaq məqsədilə ekranlama prosesindən geniş istifadə
olunmalıdır.
7. Qəbulediciyə radiomaneələrin təsirini azaltmaq üçün siqnal/küy nisbətini artırmaq
lazımdır.
8. Radiomaneələrin neqativ təsirlərininən effektiv metodlarından biri radiovericinin
gücünün artırılmasıdır.
9. Radiomaneələrdən mühafizə üsullarından biri də radio qəbuledicinin selektivliyini (radio
maneələrdən tələb olunan siqnalları ayırmaq qabiliyyəti) artırmaqdır.
10. Parametrik gücləndirici və kvant generatorlarından (mazer) istifadə etməklə
radiomaneələrin təsirini nəzərə çarpacaq dərəcədə azaltmaq mümkündür.