Abstract:
Müxtəlif şəhərlərdə olan parklanma ilə bağlı məsələlər araşdırılmışdır. Xarici
ədəbiyyatlardan istifadə olunaraq analizlər edilmişdir. Bunun nəticəsi bizə təhlilin
effektiv şəkildə qiymətləndirməyə imkan verir. Ölkəmizin şəhərləri parklanma
problemləri ilə üzləşirlər. Avropa və Asiya şəhərlərinin parklanma ilə bağlı əldə
etdikləri təcrübələr nəzərdən keçirilmişdir. Bu şəhərlərin əldə etdikləri nəticələri əsas
istiqamətimizə daxil edərək, parklanma problemlərinin həlli yolunda uğurlar qazana
bilərik. Aparılan sorğularda Ağcabədi, Şəmkir, Masallı, Göygöl şəhərlərində sakinlərin
qarşılaşdığı problemlərin əsasasən supermarket, məktəb, bazar və iş yeri ətraflarında
olduğu müəyyən edilmişdir. Əhalinin daha çox yer tapmaqda çətinlik çəkdiyi bildirilib.
İki qrafik arasında əlaqə müəyyən edilmiş və əlaqələrin əsasən güclü olduğu
göstərilmilşdir.