Abstract:
Fleksoqrafik çap prosesinin əsas xüsusiyyətinin aniloks valın funksiyasından
asılı olduğu müəyyən olunmuşdur.
Çap formasındakı boya təbəqəsinin qalınlığı aniloks valdan ötürülən boyanın
miqdarının silindrlərin kontakt nöqtələri arasında daşınma vaxtından asılıdır.
Boyanın kontakt sahəsində qət etdiyi yol kontakt nöqtələri arasındakı qövsün
uzunluğuna bərabərdir və müvafiq mərkəzi bucağın qiymətindən asılı olaraq
müəyyən edilir. Boyanın daşınma müddətinin normadan çox olması onun aniloks
valın hücrələrində bərkiməsinə səbəb olur.
Çap edilən substratın səthinin kələ kötürlüyünün artması onun səthində boya
qatının qalınlığının artmasına səbəb olur. Boya qatının qalınlığının artması optik
sıxlığın və qradasiyanın ötürülməsi göstəricisinin artmasına səbəb olur.
Fleksoqrafik çap prosesində orijinalın optik sıxlığından asılı olaraq substratın
səthinin kələ kötürlüyü müəyyən edilərək seçilməlidir.
Təklif olunan hesablama metodları fleksoqrafik çap prosesində boya sərfiyyatını
daha dəqiq müəyyən etməyə və təsvirin optik sıxlığından asılı olaraq substratın
düzgün seçilməsinə imkan verir.