Abstract:
Su ətraf mühit və insan üçün olduqca vacib resursdur. Təmiz su sağlam yaşam
deməkdir. Bu məqsədlə dissertasiya işimizdə tullantı sularının müxtəlif
çirkləndiricilərdən təmizlənməsinin əsas texnoloji üsulları müəyyən edib, onlar
haqqında geniş məlumat vermişik. Çirkab su özündə insanlar üçün, eləcə də, bütün canlılar və ətraf mühit üçün
zərərli çirkləndiriciləri saxlayır. Biz tullantı suları təmizləməklə insanları, canlı
orqanizmləri və ətraf mühiti çirkab suların mənfi təsirindən qorumuş olarıq. Biz
həmçinin tullantı sularını təkrar emal etməklə təmiz su mənbələrinə də sahib olarıq. Belə ki, təmizlənməmiş tullantı su böyük su hövzələrinə, çaylara, göllərə və dənizlərə
tökülərək evtrofikasiyaya və zərərli yosunların çiçəklənməsinə səbəb olar. Bununla
yanaşı, su ehtiyatımızın gün keçdikcə azaldığını nəzərə alsaq təmizlənmiş tullantı
suyu qeyri-içməli, texniki, suvarma və sənayə prosesləri məqsədi ilə istifadə olunaraq
su ehtiyatlarının qorunmasına kömək edə bilər. Dissertasiya işində əldə edilən biliklər bu sahədə müasir ideyaları və
tendensiyaları tam işıqlandırmağa kömək edir.