AzTU Digital Repository

Pilotsuz uçuş aparatlarının telekommunikasiya sektorunda rolu, zəruriliyi, üstünlük ve çatışmazlıqları

Show simple item record

dc.contributor.author Ağazadə, Mehdi
dc.contributor.author Vahidov, Vüqar
dc.date.accessioned 2024-09-09T06:57:59Z
dc.date.available 2024-09-09T06:57:59Z
dc.date.issued 2024-07-12
dc.identifier.uri http://hdl.handle.net/123456789/404
dc.description.abstract 1. Bu tədqiqat, pilotsuz uçuş aparatlarının (PUA) telekommunikasiya sektorundakı rolu və potensialını geniş şəkildə araşdırdı. Tədqiqatın nəticələri göstərir ki, PUA-lar telekommunikasiya infrastrukturlarının qurulması, idarə edilməsi və təmirində önəmli bir rol oynayır. Çətin ərazilərdə şəbəkə qurulumu və baxım işlərini asanlaşdırmaq, məlumat toplama sürətini artırmaq və şəbəkə performansını optimallaşdırmaq imkanları ilə bu texnologiyalar, sektoru daha effektiv və davamlı bir hala gətirir. 2. Ancaq, PUA-ların geniş miqyaslı tətbiqi texniki çətinliklər, məxfilik və təhlükəsizlik məsələləri və qanuni məhdudiyyətlər kimi mühüm məsələləri də önə çıxarır. Bu çətinliklərin həlli üçün həm texnoloji yeniliklər, həm də qanunvericilik çərçivəsinin gücləndirilməsi zəruridir. 3. Son olaraq, PUA-ların telekommunikasiya sektorundakı tətbiqi, yalnız texniki bir məsələ deyil, həmçinin strateji bir qərar qəbulu prosesidir. Bu texnologiyaların potensialından tam faydalanmaq üçün, şirkətlər və qurumlar arasında əməkdaşlıq və şəffaflıq mühitinin gücləndirilməsi önəmlidir. Tədqiqatın praktiki nəticələri, bu sahədə daha məqsədyönlü siyasətlər və strateji planlar hazırlanmasında mühüm rol oynayacaq. 4. Bundan əlavə, tədqiqatın sonuçları şəbəkə mühəndisləri, tədqiqatçılar və siyasət qurucular üçün dəyərli bir resurs təmin edir. Bu nəticələr, PUA-ların telekommunikasiya sektorunda daha geniş və məqsədli şəkildə tətbiq edilməsi üçün lazımi bilgiləri və təklifləri ortaya qoyur. Müxtəlif ölkələrdə qanunvericilik çərçivəsinin fərqliliyi və texnoloji imkanların müxtəlif olması, bu texnologiyaların adaptasiyası və optimallaşdırılmasında yerli şəraitə uyğun həllərin hazırlanmasını zəruri edir. 5. Nəticə olaraq, PUA-ların telekommunikasiya sektorunda tətbiqi geniş perspektivlər açır. Bu texnologiyaların tətbiqi ilə əlaqədar risklərin idarə edilməsi və məxfilik təminatlarının gücləndirilməsi, sektorun bu yeni imkanlardan maksimum dərəcədə faydalanmasını təmin edəcək. Tədqiqatın 71 praktiki əhəmiyyəti, bu yeni texnologiyalara inteqrasiyanın daha effektiv və davamlı olmasına kömək edəcək, bu da nəticədə telekommunikasiya sektoru üçün daha yüksək performans və məhsuldarlıq deməkdir. Tədqiqatın sonuçları ayrıca sektorda işləyən şirkətlər və qurumlar üçün strateji yönüm və qərar qəbulu prosesində dərinləşdirilmiş məlumatlar təqdim etməklə onların bu sürətlə dəyişən texnoloji mühitdə adaptasiya qabiliyyətini artırır. en_US
dc.language.iso en en_US
dc.rights Attribution-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nd/3.0/us/ *
dc.subject PUA-ların telekommunikasiya şirkətləri üçün maliyyət imkanları en_US
dc.subject PUA-ların məlumat toplama qabiliyyətləri ve bu məlumatların işlənməsi en_US
dc.subject PUA-lardan istifadənin məxfilik və təhlükəsizlik riskləri en_US
dc.subject PUA-ların işlətməsinə aid qanuni məhdudiyyətlər və tənzimləmələr en_US
dc.title Pilotsuz uçuş aparatlarının telekommunikasiya sektorunda rolu, zəruriliyi, üstünlük ve çatışmazlıqları en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NoDerivs 3.0 United States

Search DSpace


Advanced Search

Browse

My Account