Abstract:
Birinci fəsildən alınmış nəticələr:
1. Telekommunikasiya sistemlərində məlumat şifrələmə metodlarının tətbiqi,
məlumatların məxfiliyinin və bütövlüyünün qorunmasında mühüm rol
oynadığı müəyyən edilmişdir.
2. SSL/TLS protokollarının effektivliyinin təhlili nəticəsində, onların zəiflikləri
Mənbə: Müəllif
tərəfindən tərtib
olunmuşdur.
71
və hücumlara qarşı həssas olduğu məqamlar aşkar edilmişdir.
3. İnformasiya təhlükəsizliyi standartlarının (məsələn, ISO/IEC 27001)
telekommunikasiya sektorunda tətbiqi, məlumatların mühafizəsinin təmin
edilməsində vacib olduğu təsdiqlənmişdir
İkinci fəsildən alınmış nəticələr:
1. Telekommunikasiya şəbəkələrində mobil cihazlara qarşı kiberhücumların
artması nəticəsində, yeni müdafiə mexanizmlərinin tətbiqinin zəruri olduğu
müəyyən edilmişdir.
2. Şəbəkə təhlükəsizliyi tədbirlərinin tətbiqi və texnologiyaların tədqiqi
nəticəsində, telekommunikasiya sistemlərində daha güclü müdafiə
mexanizmlərinin tətbiq edilməsinin vacibliyi vurğulanmışdır.
3. Telekommunikasiya şəbəkələrində təhlükəsizlik idarəetmə sistemlərinin
tətbiqi ilə əlaqədar olaraq, risklərin qiymətləndirilməsi və idarə edilməsi
üzrə yeni metodlar və texnologiyalar təqdim edilmişdir
Üçüncü fəsildən alınmış nəticələr:
1. RSA (Rivest-Shamir-Adleman) şifrələmə alqoritminin təhlili nəticəsində, bu
alqoritmin telekommunikasiya sistemlərində məlumatların qorunmasında
effektiv olduğu təsdiqlənmişdir.
2. RSA şifrələmə alqoritmində yaranan kiberhücumların qarşısının alınması
metodları təhlil edilmiş və bu metodların praktiki tətbiqi barədə təkliflər irəli
sürülmüşdür.
3. Telekommunikasiya sistemlərində asimetrik şifrələmə texnologiyalarının
tətbiqi, sistemlərin təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artırdığı
müəyyən edilmişdir
Dördüncü fəsildən alınmış nəticələr:
1. TLS (Transport Layer Security) protokolunun konfiqurasiyası və
implementasiyası izah edilmiş, bu protokolun telekommunikasiya
sistemlərində məlumatların təhlükəsiz mübadiləsi üçün effektiv olduğu
təsdiqlənmişdir.
2. TLS müştəri və server konfiqurasiyasının modelləşdirilməsi və tətbiqi,
72
telekommunikasiya şəbəkələrində məlumatların təhlükəsizliyini təmin etmək
üçün vacib olduğu müəyyən edilmişdir.
3. Telekommunikasiya sistemlərində TLS və SSL protokollarının tətbiqi ilə
əlaqədar olaraq, bu protokolların təhlükəsizlik səviyyəsini artırmaq üçün
yeni yanaşmalar və texnologiyalar təklif edilmişdir