Abstract:
Dissertasiya işində RPİ olunan dairəvi pardaq dəzgahında həyata keçirilən emal
prosesi zamanı veriş hərəkətinin optimallaşdırılmasının məhsuldarlığın artırılmasına
təsiri ilə bağlı araşdırmalar aparılmış və müvafiq nəticələr əldə edilmişdir:
1. RPİ olunan dairəvi pardaq dəzgahlarında istehsal və emal olunan detalların və
ya iş parçalarının keyfiyyətinin artırılması çoxlu sayda mühüm texniki və texnoloji
faktorlardan asılıdır. Sözügedən prosesin uğurlu icrası üçün pardaqlama sürətinin
düzgün seçilməsi əsas şərtlərdən biridir.
2. Veriş hərəkətinin (radial, ox, xətti, uzununa, eninə və s.) icrası kifayət qədər
mürəkkəb və çətin proses olduğu üçün detalın və ya iş parçasının emalının bütün
mərhələlərində (qaralama, yarımtəmiz, təmiz, bitirmə) işçi komponentlərin seçilməsi
və tətbiq edilməsi rəqəmli proqramla idarə olunan xüsusi elektron xəritə üzrə həyata
keçirilməlidir.
3. Kompüterləşdirilmiş dəzgah sistemlərinin, o cümlədən RPİ olunan dairəvi
pardaq dəzgahlarının səmərəliliyinin artırılmasında çoxlu sayda mühüm elementlər
iştirak edir. Onlar emal prosesində iştirak edən çox vacib komponentlər kimi ayrı-ayrı
əməliyyatların, həmçinin veriş hərəkətinin optimallığını və səmərəliliyini təmin edən
mexanizmlər kimi çıxış edir.
4. Pardaqlama zamanı məhsuladarlığın artırılmasını təmin edən veriş hərəkətinin
optimal sürətinin əldə edilməsi və onun fasiləsiz texniki nəzarət altında saxlanılması
kimi son dərəcə çətin və mürəkkəb prosesi uğurla icra etmək və RPİ olunan pardaq
dəzgahlarında emal olunan iş parçasının keyfiyyətini və dəqiq ölçülərini təmin etmək
üçün dəzgahın bütün işçi orqanlarının rəqəmsal sistemə uyğun işləməsi tələb olunur.
5. Emal prosesində veriş hərəkətinin texniki parametrləri arasında əlaqələrin
yaradılması RPİ olunan pardaq dəzgahlarında iş rejiminin təkmilləşdirilməsinə və
məhsuldarlığın artırılmasına həlledici təsir göstərir.
6. RPİ olunan dəzgahların, o cümlədən dairəvi pardaq dəzgahlarının proqram
təminatı ardıcıl və məqsədyönlü şəkildə reallaşdırılan texniki və intellektual prosesdir
və istifadəçidən bütün bilik, bacarıq və vərdişlərinin səfərbər edilməsini tələb edir.