Abstract:
İşin adı: Bulud əsaslı elektron kitabxana sistemlərində məlumatların
kibertəhlükəsizliyinin araşdırılması.
Magistr dissertasiyası Bulud əsaslı elektron kitabxana sistemlərində
məlumatların kibertəhlükəsizliyinin araşdırılması həsr edilmişdir.
Bu dissertasiya işinin əsas məqsədi bulud əsaslı elektron kitabxana sistemlərində
məlumatların təhlükəsizliyini və məxfiliyini qorumaq üçün effektiv və etibarlı
kibertəhlükəsizlik strategiyalarını və protokollarını inkişaf etdirməkdir.
İş 4 fəsil, 10 yarımfəsildən ibarətdir.
I fəsil “Bulud texnologiyalari və hesablama sistemləri” adlanır. Burada bulud
hesablama sistemlərinin müxtəlif modellərini və təklif edilən xidmətləri barədə
məlumat verilir.
Magistr dissertasiyasının II fəsli “Elektron kitabxanaların inkişafı və modelləri”
adlanır. Bu fəsildə, elektron kitabxana sistemləri barədə araşdırma edilmişdir və
bulud texnologiyalarına əsaslanan elektron kitabxana mühitinin konseptual modeli
göstərilmişdir.
Magistr dissertasiyasının III fəsli “Rəqəmsal kitabxanalarda təhlükəsizlik və
məxfilik” adlanır. Bu fəsil rəqəmsal kitabxanalarda təhlükəsizlik və məx, imkanlar,
problemlər, bulud serverlər də DMZ və firewall istifadə edərək təhlükəsizliyin təmin
edilməsi araşdırılmışdır.
Magistr dissertasiyasının IV fəsli “Məlumat təhlükəsızliyinin təminatı və
informasiya təhlükəsızliyi texnologiyaları” adlanır. Bu fəsil AzScienceNet elm
kompüter şəbəkəsində məlumat təhlükəsizliyi üçün tətbiq olunan mexanizmləri və
Alephino proqram təminatının mövcud modullarının analizini əhatə edir
Dissertasiya işinin sonunda nəticə və təkliflər, istifadə edilmiş ədəbiyyatların
siyahısı verilmişdir.