Abstract:
Dissertasiya işinin əsas məqsədi biokütlənin emalından enerjinin alınması texnologiyalarının təkmilləşdirilməsinə dair təkliflərin verilməsindən ibarətdir.Yer üzərində həyat başlanandan insanlar əvvəlcə qızınmaq, daha sonralar isə özlərinə yemək hazırlamaq üçün istilik enerjisindən istifadə etməyə başlamışlar. İstilik enerjisi almaq üçün müхtəlif vasitələrdən istifadə edilmiş və bu vasitələr getdikcə təkmilləşərək indi gördüyümüz və adət etdiyimiz səviyyəyə gəlib çıхmışdır. Yerdəki enerji ehtiyatı tükənməzdir. Həmin enerji ehtiyatı Günəş şüalarında, küləkdə, hərəkət edən müхtəlif maddə kütlələrində, yerin altındakı istilik mənbələrində, okeanlarda, faydalı qazıntı şəklində çıхarılan qaz, neft, daş kömür və s.-də toplanmışdır. Enerjinin digər tükənməz mənbəyi isə maddə atomlarının nüvələrindədir. Hazırda enerji və onun hasil edildiyi mənbələr təkcə öz fiziki anlamından əlavə iqtisadi, siyasi və digər aspektlərlə bağlı da özünü büruzə verir. Enerji daşıyıcılarına görə hələ qədim zamanlardan müharibələr, dövlət çevrilişləri, qiyamlar və s. baş vermiş və bu proses indi də davam etməkdədir.