Abstract:
Dissertasiya işi informasiya
təhlükəsizliyi sahəsində kiberməkanda baş verə biləcək hücumların dəf edilməsi,
virtual aləmdə məlumatların məxfiliyinin qorunması və ələ keçirilməsinin
qarşısının alınması istiqamətində tətbiq edilən blok şifrlərinin diferensial
kriptoanaliz üsullarına qarşı kriptodözümlülüyünün yoxlanması, diferensial
kriptoanaliz üsullarının səmərəliliyinin araşdırılması məqsədi daşıyır. Həmçinin
blok şifrlərinin diferensial kriptoanalizi ilə bağlı tədqiqatın aparılması, analiz və
başqa kriptoqrafik alqoritmlərə qarşı davamlılığın təhlil edilməsi qarşıda duran
əsas hədəflərdəndir.