Abstract:
Disertasiya işi bank sektorunda Data Mining metodlarının tətbiqi ilə
məlumatların effektiv şəkildə analiz edilməsi və işlənməsi məsələlərinə həsr
edilmişdir. Bu tətbiqlər şirkətlərin məlumatları daha ətraflı şəkildə emal edilməsi,
proqnozların verilməsi, müştərilərin davranışlarını müəyyən edilməsinə və iş
proseslərini təkmilləşdirilməsinə kömək edir.
Bank işinin planlaşdırılması gələcək üçün hədəflərin müəyyən edilməsi və
onlara nail olmaq yollarının işlənib hazırlanması prosesidir.
Risklərin idarə edilməsi bank fəaliyyətinin hərtərəfli və kompleks
qiymətləndirilməsini - güclü və zəif tərəflər, təşkilati və bankın strukturu, maliyyə
nəticələri, kadr siyasəti, nəzarət funksiyalarını tələb edir.
Əsas məqsəd, bank sahəsində Big Data və Data Mining texnologiyalarının
tətbiqi ilə bank sektorunun effektiv idarə ediməsidir. Dissertasiya işində banklarda
müştəri tələblərinin daha yaxşı anlaşılması, maliyyə risklərinin daha effektiv idarə
olunması, yeni maliyyə məhsullarının inkişafı və bankların strateji qərarlarında biliyə
əsaslanan məlumatların istifadə edilməsinin təsirini qiymətləndirilməsi məsələlərinə
baxılır.
Nəticə olaraq, bu disertasiya işi, bank sahəsində Big Data və Data Mining
texnologiyalarının tətbiqi ilə bankların maliyyə sektorunda effektiv məlumat
idarəetməsinin və inkişafının artırılması üçün vacib olan biliyə əsaslanan qərarların
qəbul edilməsinə kömək edir.