Abstract:
Bu dissertasiyanın məqsədi ağıllı şəhərlərin
təhlükəsizliyinin təmin edilməsində blokçeyn texnologiyalarının istifadəsini
araşdırmaq və qiymətləndirməkdir. Tədqiqat ağıllı şəhərlər daxilində məlumatların
məxfiliyi, şəxsiyyətin idarə edilməsi, təhlükəsiz rabitə və əməliyyatların yoxlanılması
kimi təhlükəsizliyi artırmaq üçün blokçeyn texnologiyasının effektiv şəkildə tətbiq
oluna biləcəyi xüsusi sahələri müəyyən etmək məqsədi daşıyır.