Abstract:
Bu magistr dissertasiya işində veb-saytlarda boşluqların və təhdidlərin
aşkarlanması və qarşısının alınması üsulları ilə bağlı məsələlər müzakirə olunmuşdur və əsas diqqət veb-saytlardakı boşluqların və təhdidlərin aşkarlanması və qarşısının alınması modellərin yaradılmasına yetirilir. İşdə qarşıya qoyulmuş bir neçə məsələ istiqamətində tədqiqatlar aparılmaqla aşağıdakı nəticələrlə yekunlaşmışdır:
Veb-sayt və veb əsaslı platformalar analiz edilmişdir. Veb-saytlarda və platformalarda kibertəhlükəsiz konsepsiyası analizi edilmişdir.Vebdə mövcud boşluqlar və təhdidlərin analizi aparılmışdır. Vebdə mövcud boşluqlar və təhdidlərin aşkarlama metodları araşdırılmışdır. Aşkarlama alətlərinin analizi ,müqayisəli təhlili və qiymətləndirilməsi aparılmışdır. Veb təhdidlərin qarşısının alınması üçün mövcud modellərin işləmə prinsipi araşdırılmışdır.