Abstract:
Layihəmizdə ilkin mərhələdə məlumatların təhlükəsizliyi və inteqrasiyası
üzərində fokuslandıq. İstifadəçi məlumatlarının users cədvəlində saxlanılmasının
təhlükəsizliyini təmin etmək üçün bir neçə təhlükəsizlik tədbiri həyata keçirdik.
Şifrələrin məxfi saxlanılması üçün bcrypt alqoritmi ilə şifrələmə həyata keçirdik. Bu
yanaşma, istifadəçilərin şifrələrinin təhlükəsiz şəkildə saxlanılmasını təmin edərək,
məlumatların kənar müdaxilələrə qarşı qorunmasını təmin edir. Xarici açarların
(foreign key) düzgün işlədiyini və məlumatların tutarlılığını qoruduğunu yoxlamaq
üçün müxtəlif sınaqlar aparıldı. Bu testlər nəticəsində, məlumatların itkisinin və
ziddiyyətlərin qarşısının alındığı və məlumatların təhlükəsiz saxlanıldığı təsdiqləndi.
Testlər göstərdi ki, xarici açarların istifadəsi məlumatların əlaqələndirilməsi və
inteqrasiyası baxımından effektivdir və məlumatların bütövlüyünün təmin edilməsinə
kömək edir. Bu mərhələdə, məlumatların təhlükəsizlik tədbirləri ilə qorunması və
təhlükəsizlik standartlarına uyğunluğun təmin edilməsi üçün əlavə sınaqlar və
yoxlamalar həyata keçirildi.