Abstract:
Dissertasiya işində Azərbaycan iqtisadiyyatında dövlət investisiya fəaliyyətinin hərtərəfli tədqiqi əsasında müəyyən nəticələr və təkliflər əldə edilmişdir:Dövlət investisiya layihələri çox vaxt yüksək dərəcədə qeyri-müəyyənlik və risklə əlaqələndirilir. Layihələri qiymətləndirərkən bu riskləri nəzərə almaq və onların kəmiyyətcə qiymətləndirilməsinə imkan verən üsullardan istifadə etmək lazımdır. Bu məqsədlə həssaslığın təhlili, stoxastik modelləşdirmə və s. üsullardan istifadə edilə bilər.