Abstract:
Bu tədqiqat, Azərbaycanda nəqliyyat şəbəkələri vasitəsilə yayılan invaziv növlərin ekoloji nəticələrini öyrənməyi və onların idarə olunması üçün effektiv yanaşmalar müəyyən etməyi hədəfləmişdir.İnvaziv növlər bütün dünyada ekosistemlərə və iqtisadiyyatlara təsir göstərir.
Nəqliyyat sistemləri invaziv növlərin introduksiyası və yayılması üçün əsas vektor
kimi çıxış edə bilər ki, bu da nəqliyyat yollarının öyrənilməsini və idarə olunmasını
vacib edir. Ona görə də invaziv növlərin yayılmasında nəqliyyat şəbəkələrinin
rolunun araşdırılması xüsusilə aktualdır.