Abstract:
Dissertasiyanın məqsədi enerji qiymətlərindəki dalğalanmaların ölkəmizdə istehlak xərclərinə və inflyasiyaya təsiri ilə bağlı həm nəzəri, həm də praktik aspektləri diqqətlə araşdıraraq ekonometrik bir yanaşma inkişaf etdirməkdir. Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələr göstərilmişdir:
- Azərbaycan Respublikasında enerji qiymətlərinin dəyişməsinin istehlak xərclərinə
və inflyasiyaya təsirini araşdırmaq üçün ekonometrik modelin hazırlanması;
- Müxtəlif testlər vasitəsilə multifaktorial modelin əhəmiyyətinin qiymətləndirilməsi;
- Dəyişən enerji qiymətlərinin ölkəmizdə istehlak xərclərinə və inflyasiyaya təsirinin təhlili və idarəetmə sisteminə inteqrasiyası ilə bağlı mövcud modelin proqnozlaşdırılması.