Tullantıların idarə olunması, müasir dövrün ən önəmli ekoloji problemlərindən biridir. İqtisadiyyatın inkişafı və əhalinin artımı ilə paralel olaraq, tullantı miqdarının artması sürətlənir və bu, ətraf mühitə olan təsirini daha da gücləndirir. Tullantıların yandırılması və emalı texnologiyaları, artan tullantı miqdarı ilə mübarizədə önəmli metodlar kimi önə çıxır. Bu metodlar, tullantıların həcmi və zərərli təsirlərini azaltmağa yönəlik çox vacib addımlardır. Buna baxmayaraq, bu texnologiyaların özləri də müxtəlif ekoloji problemlərə səbəb ola bilər. Məsələn, tullantıların yandırılması zamanı atmosferə buraxılan zərərli qazların miqdarı və təsiri, emal prosesində istifadə olunan kimyəvi maddələr və onların ətraf mühitə təsiri diqqətə layiqdir. Bu səbəbdən, tullantıların yandırılması və emalı texnologiyalarının ətraf mühitə təsirinin dəqiq və əhatəli şəkildə qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.Bu dissertasiya işi, tullantıların yandırılması və emalı proseslərinin ətraf mühitə olan təsirlərinin müfəssəl şəkildə araşdırılmasına və qiymətləndirilməsinə həsr olunmuşdur.
Waste management is one of the most important environmental problems of the modern era. In parallel with the development of the economy and population growth, the increase in the amount of waste is accelerating, which further strengthens its impact on the environment. Waste incineration and processing technologies stand out as important methods in the fight against the increasing amount of waste. These methods are very important steps towards reducing the volume and harmful effects of waste. However, these technologies themselves can also cause various environmental problems. For example, the amount and effect of harmful gases released into the atmosphere during waste incineration, the chemicals used in the processing process, and their impact on the environment deserve attention. For this reason, an accurate and comprehensive assessment of the impact of waste incineration and processing technologies on the environment is of particular importance. This dissertation is devoted to a detailed investigation and assessment of the environmental impacts of waste incineration and processing processes.