Abstract:
Sosial medianın ortaya çıxması ilə internet tamamilə yeni bir
mərhələyə keçid edir. Sosial media nədir? Sosial medianın ilkin məqsədi ünsiyyəti
və insanlar arasında paylaşma ənənəsini genişləndirməkdir. Sosial media daha
əlçatan və veb əsaslı texnologiyaladan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa
çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr,
bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları kimi insanların bir-birilə
ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar
sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə
etmiş olurlar. İlk başlarda sosial media vasitələri daha çox gənclər arasında populyar
olsa da, müasir dövrdə daha çox yaş müxtəlifliyi hiss olunmaqdadır. Bu mənada,
zaman keçdikcə sosial medianın sadəcə ünsiyyət vasitəsi kimi istifadə edilmədiyini,
geniş biznes imkanlarına yol açdığını da müşahidə edirik. Sosial media marketinqi
brend məhsul və ya xidmətin alınması istiqamətində istehlakçıların alış davranışında
yeni dəyişikliklər təqdim edir. Sosial mediadan istifadə istehlakçının qərar qəbulunu
təkmilləşdirmək, etibar və məlumatlılığı artırmaq, həmçinin, markanın mənfəəti və
bazar satışlarının böyüməsi məqsədiylə daha çox məmnunluq üçün qəbul edilən
təsirli bir vasitəyə çevrildi. Hazrda sosial media marketinqi reklam, satış, rəqabət
baxımından əvəzolunmaz bir vasitədir. XXI əsrin ticarət dünyasını sosial
medialardan kənar təsəvvür etmək mümkün deyil.