AzTU Digital Repository

Müasir şəraitdə sosial media marketinqinin rolu və gələcək perspektivləri

Show simple item record

dc.contributor.author Nuranə, Nəsirova
dc.contributor.author Günel, Qaçayeva
dc.contributor.author Fəzail, Hüseynli
dc.date.accessioned 2023-12-05T10:00:12Z
dc.date.available 2023-12-05T10:00:12Z
dc.date.issued 2023-12-05
dc.identifier.uri http://hdl.handle.net/123456789/102
dc.description.abstract Sosial medianın ortaya çıxması ilə internet tamamilə yeni bir mərhələyə keçid edir. Sosial media nədir? Sosial medianın ilkin məqsədi ünsiyyəti və insanlar arasında paylaşma ənənəsini genişləndirməkdir. Sosial media daha əlçatan və veb əsaslı texnologiyaladan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları kimi insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar. İlk başlarda sosial media vasitələri daha çox gənclər arasında populyar olsa da, müasir dövrdə daha çox yaş müxtəlifliyi hiss olunmaqdadır. Bu mənada, zaman keçdikcə sosial medianın sadəcə ünsiyyət vasitəsi kimi istifadə edilmədiyini, geniş biznes imkanlarına yol açdığını da müşahidə edirik. Sosial media marketinqi brend məhsul və ya xidmətin alınması istiqamətində istehlakçıların alış davranışında yeni dəyişikliklər təqdim edir. Sosial mediadan istifadə istehlakçının qərar qəbulunu təkmilləşdirmək, etibar və məlumatlılığı artırmaq, həmçinin, markanın mənfəəti və bazar satışlarının böyüməsi məqsədiylə daha çox məmnunluq üçün qəbul edilən təsirli bir vasitəyə çevrildi. Hazrda sosial media marketinqi reklam, satış, rəqabət baxımından əvəzolunmaz bir vasitədir. XXI əsrin ticarət dünyasını sosial medialardan kənar təsəvvür etmək mümkün deyil. en_US
dc.publisher Azərbaycan Texniki Universiteti en_US
dc.subject Biznesin təşkili və idarəedilməsi en_US
dc.title Müasir şəraitdə sosial media marketinqinin rolu və gələcək perspektivləri en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account