Abstract:
Nəqliyyat - Logistikanın inkişaf etməsi ölkə iqtisadiyyatı
üçün mühüm əhəmiyyət kəsb edir. Son zamanlar nəqliyyat – logistika sistemi
aktual məsələlərdən biridir. Burada vacib məsələlərdən biri mal və xidmətlərin
dəyərinə bir başa təsir göstərən istehsal və son istehlakçıya çatdırılma zamanı
xərclərin azaldılması məsələsidir. İqtisadiyyat inkişaf etdikcə logistikaya tələbat
artır. Logistikada mənfi hal kimi qeyd edilən əsas məsələlərdən biri kimi tələb
olunan nəqliyyat infrastrukturunun olmamasıdır. Ölkəmizdə son zamanlar
avtomobil və dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı üçün ciddi tədbirlər
sistemi həyata keçirilmişdir və eyni zamanda keçirilməkdədir. Belə ki, logistika
xarici-iqitsadi əlaqələrin qurulmasında, daşımalar zamanı vaxt itkisinin
azaldılmasında, valyutanın həcminin yüksəldilməsində o cümlədən də tranzit
potensialın artırılması və tranzit mövqeyin gücləndirilməsində önəmli faktor
rolunu oynayır. Buna görə də ölkəmizdə bu kimi müsbət nəticələrin əldə olunması
üçün çox mühüm əhəmiyyətli layihələr həyata keçirilir. İqtisadi inkişaf
proseslərinin tənzimlənməsində islahatların sürətləndirilməsi bir çox sahələrlə
yanaşı, nəqliyyat sisteminin inkişafı ilə bağlıdır.