Abstract:
Turizm yerli və regional səviyyədə, eləcə də milli səviyyədə sosial siyasətə
əhəmiyyətli təsir göstərir. Son illər hökümətin səyləri nəticəsində Azərbaycan dünyada
yeni turizm məkanı kimi tanınmağa başlayıb və onun dünya turizm sənayesinə
inteqrasiyası təmin edilib. Qarabağ bölgəsinin turizm sənayesi çox böyük potensiala
malikdir. Qarabağ bölgəsinin olduqca zəngin, mənzərəli, misilsiz təbiətə və tarixi
abidələrə malik olduğunu nəzərə alsaq, bu regionun Azərbaycanın əsas turizm
zonalarından birinə çevrilməsi ehtimalı yüksəkdir. Bu regionda ekoturizm, mədəni
turizm, mağara turizmi, termal turizm və digər alternativ turizm növləri üçün böyük
potensial var. Rayon müxtəlif flora və faunası, əsasən dağlıq ərazisi, cəlbedici təbiəti,
min illik abidələri və zəngin mədəni irsinin zənginliyi ilə diqqət çəkir.