Abstract:
Dünyada informasiya texnologiyalarının inkişafı və yayılması yeni iqtisadi və
sosial proseslərin yaranmasına səbəb olur. Bu proseslərdən biri də elektron ticarətdir.
Elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı,
xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilmiş fəaliyyətdir.
Elektron ticarət dünya miqyasında milyardlarla dollar dövriyyəsi yaradan və
iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına təkan verən bir sektordur.