Abstract:
Qloballaşan dünyada sürətlə artan sənayeləşmə,
urbanizasiya və texnoloji inkişaf təbii ehtiyatların tükənməsinə və ətraf mühitin
çirklənməsi problemlərinin artmasına səbəb olmuşdur. Xüsusilə, tullantıları toplamaq
üçün kifayət qədər yerə malik olmayan ölkələr üçün tullantıların təkrar istifadəsi və ya
atılan tullantıların miqdarının və həcminin azaldılması daha vacib məsələdir.
Bərk tullantılar ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərərək qlobal
problemlər yaradır. Bu təsirlərə torpağın, su ehtiyatlarının çirklənməsi və havaya
zərərli qazların buraxılması daxildir.
Bərk tullantılardan istifadə etməklə kompozit materiallar istehsal etmək,
tullantıların miqdarını azaltmaqla davamlı həll yolu təklif edir. Kompozit materiallar
aerokosmik, tikinti, avtomobil və dənizçilik kimi müxtəlif sənaye sahələrində geniş
tətbiq sahəsinə malikdir. Bərk tullantılardan kompozit materialların alınmasının əsas
üstün cəhətləri istehsalda ənənəvi materiallarla müqayisədə daha az enerji və resurs
tələb edilməsidir. Bərk tullantılardan kompozit materialların əldə edilməsinin
əhəmiyyəti, davamlı istehsal prosesinə töhfə verərək bərk tullantıların idarə olunması
ilə bağlı mühüm məsələləri həll etmək potensialına malik olması ilə yanaşı müəssisə
və qurumları tullantıların davamlı idarə olunması həllərinin inkişafına təşviq etməkdir.
Bu, sağlam mühitin qorunması üçün vacibdir. Bərk tullantılardan kompozit
materialların hazırlanması üzrə tədqiqatları genişləndirməklə tullantı materiallarının
təkrar istifadəsi və tullantıların idarə olunması təcrübələrinin ətraf mühitə təsirini
azaltmaq üçün yeni həll yolları təklif edilə blər. Bu sahədə tədqiqat və innovasiyaları
dəstəkləməklə tullantıları azalda və ətraf mühitin qorunmasını təmin etmək
mümkündür.