AzTU Digital Repository

Bərk tullantıların təkrar emalında kompozit materialların alınması prespektivləri

Show simple item record

dc.contributor.author Yusub, Dadaşlı
dc.contributor.author Murad, Quliyev
dc.contributor.author Ləman, Səfərova
dc.date.accessioned 2023-12-11T11:07:49Z
dc.date.available 2023-12-11T11:07:49Z
dc.date.issued 2023-12-11
dc.identifier.uri http://hdl.handle.net/123456789/126
dc.description.abstract Qloballaşan dünyada sürətlə artan sənayeləşmə, urbanizasiya və texnoloji inkişaf təbii ehtiyatların tükənməsinə və ətraf mühitin çirklənməsi problemlərinin artmasına səbəb olmuşdur. Xüsusilə, tullantıları toplamaq üçün kifayət qədər yerə malik olmayan ölkələr üçün tullantıların təkrar istifadəsi və ya atılan tullantıların miqdarının və həcminin azaldılması daha vacib məsələdir. Bərk tullantılar ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərərək qlobal problemlər yaradır. Bu təsirlərə torpağın, su ehtiyatlarının çirklənməsi və havaya zərərli qazların buraxılması daxildir. Bərk tullantılardan istifadə etməklə kompozit materiallar istehsal etmək, tullantıların miqdarını azaltmaqla davamlı həll yolu təklif edir. Kompozit materiallar aerokosmik, tikinti, avtomobil və dənizçilik kimi müxtəlif sənaye sahələrində geniş tətbiq sahəsinə malikdir. Bərk tullantılardan kompozit materialların alınmasının əsas üstün cəhətləri istehsalda ənənəvi materiallarla müqayisədə daha az enerji və resurs tələb edilməsidir. Bərk tullantılardan kompozit materialların əldə edilməsinin əhəmiyyəti, davamlı istehsal prosesinə töhfə verərək bərk tullantıların idarə olunması ilə bağlı mühüm məsələləri həll etmək potensialına malik olması ilə yanaşı müəssisə və qurumları tullantıların davamlı idarə olunması həllərinin inkişafına təşviq etməkdir. Bu, sağlam mühitin qorunması üçün vacibdir. Bərk tullantılardan kompozit materialların hazırlanması üzrə tədqiqatları genişləndirməklə tullantı materiallarının təkrar istifadəsi və tullantıların idarə olunması təcrübələrinin ətraf mühitə təsirini azaltmaq üçün yeni həll yolları təklif edilə blər. Bu sahədə tədqiqat və innovasiyaları dəstəkləməklə tullantıları azalda və ətraf mühitin qorunmasını təmin etmək mümkündür. en_US
dc.publisher Azərbaycan Texniki Universiteti en_US
dc.subject Ekologiya en_US
dc.title Bərk tullantıların təkrar emalında kompozit materialların alınması prespektivləri en_US
dc.type Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account