Abstract:
Şokolad məsullarının hazırlama texnologiyası üç növü
var . Bu üç növə daxildir , üzlüklənmə şokoladı , desert şokoladı , adi şokolad .Hər üç
növ şokoladları hazırlamaq üçün Respublikamızda İtaliya , Almaniya , Belçika ,
Danimarka kimi xarici ölkələrdə istehsal olunan mənəvi cəhətdən köhnəlmiş ,
məhsuldarlıqları çox aşağı olan texnoloji avadanlıqlardan istifadə olunur .Bu
avadanlıqlar qabarit ölçüləri etibarı ilə çox böyük , metal həcminə görə çəkisi böyük
tonnaja malik avadanlıqlardır və baha qiymətə xaricdən alınır .Bu avadanlıqların
məsuldarlıqlarının yüksəldilməsi , enerji sərfinin azaldılması , avadanlığın qabarit
ölçülərinin kiçildilməsi təqdim olunan dissertasiyanın əsas məqsədləridir .
Hesablamalara görə MDB məkanında bu avadanlıqlar 50 ildən artıqdır ki istismar
olunur .Artıq bu avadanlıqların istismar göstəriciləri ölkəmizin qənnadı fabriklərini
təmin etmir və onların müasir tələblərə uyğun yenilənməsi , təkmilləşdirilməsi ,
aktual məsələdir .