Abstract:
Azərbaycan Respublikası subtropik qurşağın şimal
ucunda, Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində yerləşir.
Azərbaycan Respublikasının düzənlik və dağətəyi əraziləri günəş işığının çoxluğu
ilə xarakterizə olunur.
Kür-Araz ovalığında, Abşeron yarımadasında, digər düzənlik və dağətəyi
ərazilərdə günəşli saatların illik sayı 2200-2400 saat, Naxçıvan Muxtar
Respublikasının Araz düzündə 2600-2800 saatdır.
Orta dağ qurşağında buludluluğun artması ilə əlaqədar günəşli saatların sayı
1900-2200 saat arasında dəyişir. Yüksək dağlıq ərazilərdə bu göstərici yenidən artır,
3000 metrdən yuxarı ərazilərdə isə 2200-2500 saat təşkil edir. Kür-Araz ovalığında
ümumi günəş radiasiyasının illik miqdarı 128-132 kkal/sm2
-ə çatır. Dağətəyi
ərazilərə qədər azalır (120-124 kkal/sm2
) - dəniz səviyyəsindən təxminən 500-600
metr yüksəklikdə. Sonra günəş radiasiyasının miqdarı yenidən artır və Böyük və
Kiçik Qafqazın yüksək dağlıq zonasında (3000 metrdən yuxarı) 140-150
kkal/sm2
təşkil edir.