Abstract:
Müasir cəmiyyət daim mobillik və nəqliyyat sahəsində yüksək tələblərlə üzləşir. Nəqliyyat sektorunda rəqəmsal və informasiya texnologiyalarının kütləvi şəkildə tətbiqi əhalinin hərəkətliliyinin təmin edilməsi vektorunun fərdi avtomobildən piyada və velosiped sürməsinə, ictimai nəqliyyat vasitələrinə keçdiyi zaman şəhərlərdə nəqliyyat prioritetlərinin yeni sisteminin formalaşmasına fəal kömək edir. Əhalinin hərəkətliliyi-ildə adambaşına düşən hərəkətlərin sayıdır. Hərəkətlilik dedikdə nəinki nəqliyyat vasitəsi ilə, hətta piyada da hərəkəti nəzərdə tuturlar. Təkcə nəqliyyatdan danışırıqsa, o zaman "əhalinin nəqliyyat hərəkətliliyi" ifadəsini işlətmək daha düzgün olar.