Abstract:
Korporasiya termini latıncada “corporatio” sözündən
götürülmüş və “birlik” anlamı daşıyır.Korporativ şəbəkə anlamı da müəyyən
birliklər,idarə və müəssisələrin informasiya paylaşımı etməsi üçün formalaşdırılmış
mürəkkəb strukturlardır.Şəbəkə formalaşdırılarkən əsas olan yüksək əlçatalığın
təmini,informasiyanın təhlükəsiz paylaşımının təmini və performansın mümkün
olduğu qədər yüksəldilməsidir.Günümüzdə istənilən profilə malik şirkət üçün onun
kompüter şəbəkəsinin əhəmiyyəti çox önəmlidir.Çünki hazırda elektron sistemlər
idarəetmənin mərkəzləşdirilməsi,ümumi resurslara çıxışı və bu kimi önəmli məsələləri
özündə cəmləyir. Ümumiyyətlə, korporativ şəbəkə korporasiyada istifadə edilən
müxtəlif tətbiqi proqramlar aralığında məlumat mübadiləsini həyata keçirən bir
sistemdir. Korporativ şəbəkə
1. sistem və tətbiqi proqram təminatları,
2. şəbəkə adapterləri,
3. konsentratorlar (qarışdırıcılar),
4. kommutatorlar
5. marşrutlayıcılar,
6. kabel sistemi kimi komponentlərindən ibarət olur.
Müasir dünya iqtisadiyyatına dinamiklik, qeyri–stabillik, rəqabətliliyin artması,
elmi –texniki tərəqqinin yüksəlişi, idarəetmə və iqtisadi prinsiplərinin inkişafı xassdır.
Effektivliyin artması ancaq ekstensiv yollarla arta bilməz, yəni ki, investisiya
artımı və şöbə və filialları artırmaqla buna nail olmaq mümkün deyil. Əlavə
investisiyallar istehsalın artımını və effektivliyin artmasını təmin etmir; eyni zamanda
bunlar öz ardınca böyük xərcli əməliyyaları cəlb edir: hazırlıgın təşkilatı və kadrların
istifadə olunması, xüsusi avadanlıqların hazırlanması və qurasdırılması və s., hansı ki
bunların hər biri böyük bir layihədir; onların icrası üçün isə zaman, əmək və maliyyə
vəsaiti tələb edir.