dc.contributor.author | Nuranə, Babullazadə | |
dc.contributor.author | Nəsib, Əliyev | |
dc.date.accessioned | 2024-01-07T06:57:12Z | |
dc.date.available | 2024-01-07T06:57:12Z | |
dc.date.issued | 2024-01-07 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/161 | |
dc.description.abstract | Korporasiya termini latıncada “corporatio” sözündən götürülmüş və “birlik” anlamı daşıyır.Korporativ şəbəkə anlamı da müəyyən birliklər,idarə və müəssisələrin informasiya paylaşımı etməsi üçün formalaşdırılmış mürəkkəb strukturlardır.Şəbəkə formalaşdırılarkən əsas olan yüksək əlçatalığın təmini,informasiyanın təhlükəsiz paylaşımının təmini və performansın mümkün olduğu qədər yüksəldilməsidir.Günümüzdə istənilən profilə malik şirkət üçün onun kompüter şəbəkəsinin əhəmiyyəti çox önəmlidir.Çünki hazırda elektron sistemlər idarəetmənin mərkəzləşdirilməsi,ümumi resurslara çıxışı və bu kimi önəmli məsələləri özündə cəmləyir. Ümumiyyətlə, korporativ şəbəkə korporasiyada istifadə edilən müxtəlif tətbiqi proqramlar aralığında məlumat mübadiləsini həyata keçirən bir sistemdir. Korporativ şəbəkə 1. sistem və tətbiqi proqram təminatları, 2. şəbəkə adapterləri, 3. konsentratorlar (qarışdırıcılar), 4. kommutatorlar 5. marşrutlayıcılar, 6. kabel sistemi kimi komponentlərindən ibarət olur. Müasir dünya iqtisadiyyatına dinamiklik, qeyri–stabillik, rəqabətliliyin artması, elmi –texniki tərəqqinin yüksəlişi, idarəetmə və iqtisadi prinsiplərinin inkişafı xassdır. Effektivliyin artması ancaq ekstensiv yollarla arta bilməz, yəni ki, investisiya artımı və şöbə və filialları artırmaqla buna nail olmaq mümkün deyil. Əlavə investisiyallar istehsalın artımını və effektivliyin artmasını təmin etmir; eyni zamanda bunlar öz ardınca böyük xərcli əməliyyaları cəlb edir: hazırlıgın təşkilatı və kadrların istifadə olunması, xüsusi avadanlıqların hazırlanması və qurasdırılması və s., hansı ki bunların hər biri böyük bir layihədir; onların icrası üçün isə zaman, əmək və maliyyə vəsaiti tələb edir. | en_US |
dc.publisher | Azərbaycan Texniki Universiteti | en_US |
dc.subject | Azərpoçt MMC | en_US |
dc.title | Azərpoçt MMC-nin korporativ şəbəkəsində kriptomühafizəsi üsullarının tədqiqi | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: