Abstract:
Hər müəssisənin ön ofis işçiləri, yəni xidmət mərkəzlərinin
əməkdaşları çox dəqiq və peşəkar olmalıdırlar. Çünki şirkətin canlı nümayəndələridir
onlar. Bizim halda bu şirkətlər bank müəssisələridir, burada işçilər böyük vəsaitlər ilə
əməliyyatlat icra edirlər.
Banklar öz müştərilərinə müxtəlif üsul və vasitələr ilə xidmət göstərirlər, lakin bu
xidmətlərdən ən effektiv və vacib olanı, müştəri xidmətlərinin fəaliyyətidir. Müştəri
xidmətlərində çalışan əməkdaşların işi, bankın birbaşa inkişafına təsir göstərir. Burada
yalnız gülərüz və mehriban davranışlar ilə məsələ bitmir, lazımdır ki əməliyyatları icra
edən əməkdaşlar yüksək kvalifikasiyalı bir kadr olsun. Gərgin iş şəraitində çalışan
müştəri xidmətlərinin əməkdaşı həm mehriban davranış və nəzakət göstərməlidir,
həmçinin yüksək keyfiyyətli xidmət ilə öz müştərisini məmnun etməlidir.
Burada işçinin fəaliyyətinə nəzarət üçün artıq tək müşahidə kameraları bəhs etmir,
bank əməkdaşının sistemdə apardığı əməliyyatlarında qeydiyyatı və yoxlanılması
zəruridir. Sistem üzərində kiçik və böyük məbləğlərin dövriyyəsi icra olunur, hərf və ya
rəqəm səhvi, şirkətə çox böyük ziyanlar vura bilər. Əməkdaşın işinin qiymətləndirilməsi
üçün xüsusi proqram təminatına ehtiyac var, və bu növ proqram təminatları artıq istifadə
olunur və geniş yayılmışdır.