Abstract:
Günü-gündən elm, texnologiya sürətli şəkildə inkişaf
edir. Bu inkişaf kompüter elmləri sahəsinədə müsbət mənada ciddi təsir göstərdi.
Belə ki, bu inkişaf informatika fənninə bir sıra yeniliklər gətirdi. Bu fənn özündə bir
neçə sahəni birləşdirməli oldu. Bu sahələrə “Rəqəmsal bacarıqlar” və “STEAM”
sahələrini misal göstərə bilərik. STEAM sahəsi özü olduqca geniş bir sahədir. Demək
olar ki özündə 5 fərqli fənni birləşdirir. Bu fənnlər elm, texnologiya, mühəndislik,
riyaziyyat, incəsənət fənnləridir. STEAM dərsinin tədrisində hər bir fənnin olduqca
böyük əhəmiyyəti var. Hal-hazırda bir çox məktəblərdə bu fənn tədris edilir.
Müxtəlif yarışlar təşkil edilir.