dc.contributor.author | Ülkər, Eyvazova | |
dc.date.accessioned | 2024-01-30T12:00:34Z | |
dc.date.available | 2024-01-30T12:00:34Z | |
dc.date.issued | 2024-01-30 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/209 | |
dc.description.abstract | Məlumdur ki, müasir iqtisadi şəraiti banklar olmadan təsəvvür etmək qeyri-mümkündür. Banklar istənilən şəxsin və ya şəxslər qrupunun sərəncamında olan artıq vəsaitin (izafi) onlardan müəyyən faiz müqabilində qəbul edilməsi və ehtiyacı olan şəxslərə ötürülməsi funksiyasını özündə ehtiva edir. Aparılan araşdırmalar onu deməyə imkan verir ki, bu gün bankların əksəriyyətinin fiziki və hüquqi şəxslərə ayırdığı kreditlər onların şəxsi vəsaiti hesabına deyil, izafi vəsaitə sahib olan şəxslərdən aldıqları maliyyə mənbələri hesabına təmin olunur. Belə olanda isə alınan borcların vaxtında geri qaytarılmaması, son nəticədə bankı izafi vəsaitə məxsus olan şəxslər qarşısında çətin vəziyyətdə qoyur. Bank almış olduğu əmanəti mütləq şəkildə faizi ilə birlikdə izafi vəsaiti olan şəxsə qaytarmağa borcludur. Bankların vermiş olduqları kreditlərdə gecikmələr olduğu təqdirdə isə bank əmanətçiyə öz vəsaiti hesabından ödəmə etməli olur ki, bu da son nəticədə bankların aktivlərinin azalmasına səbəb olur. Bu baxımdan da hər bir bankın qarşısında duran ən əsas vəzifələrdən biri ayırdığı kreditləri risk qrupları üzrə təsnifləşdirmək və qaytarılması ehtimalı daha yüksək olan (az riskli) şəxslərə verilməsini təmin etməkdir. Bu zaman ortaya çıxan ən əsas məsələ isə qısamüddətli riskli kreditlərin intellektual idarə edilməsi sisteminin qurulmasıdır. Banklar qısamüddətli riskli kreditləri intellektual formada idarə etməklə daha az zərərə uğraya bilərlər. Bu baxımdan da dissertasiya işinin mövzusunun nə qədər aktual olduğunu görə bilərik. Eyni zamanda da bu sahənin araşdırılması məsələyə praktiki və kompleks yanaşmanın olmasının vacibliyini də ortaya qoyur. | en_US |
dc.publisher | Azərbaycan Texniki Universiteti | en_US |
dc.rights | Attribution-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nd/3.0/us/ | * |
dc.title | Qısamüddətli riskli kreditlərin intellektual analizi metodunun işlənməsi | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: