Abstract:
Azərbaycan neft hasilatına görə dünyada çoxdan
tanınmış ölkələrdən biridir. Azərbaycan ərazisində neftin çıxarılması və təbii qazın
meydana gəlməsi eradan əvvəl 700-600-cü illərə təsadüf edir. Qeyd etdiyimiz kimi
Bakı şəhərində avtomobil və kimya sənaye müəssisələri böyük üstünlük təşkil edir.
Bu maşınlarda hər biri yağdan istifadə edir. Eyni zamanda neft emalı və neft-kimya
müəssisələrində əhəmiyyətli dərəcədə transformatorlardan istifadə edilir.
Transformatorlarında hər birində yağ tətbiq edilir. Müəyyən vaxt keçdikdə yağların
işləmə müddəti keçir və onlar istifadəyə yararsız olur. İstifadə olunmuş yağların təkrar
emalı məsələsi ortaya çıxır, yəni bu o deməkdir ki, istifadə olunmuş yağların işləmə
müddəti keçdikdən sonra onların təmizlənməsinə ehtiyac duyulur. Yağların
təmizlənməsi üçün bir sıra üsullar vardır. Bu üsullar içində adsorbsiya üsulu daha geniş
tətbiq edilir və adsorbsiya prosesi zamanı uducu kimi müxtəlif adsorbentlərdən istifadə
edilir. Misal olaraq aktivləşdirilmiş kömür, slikogelləri və seolitləri göstərmək olar.
Bunların hər birinin özünün müsbət və mənfi cəhətləri vardır. Dissertasiya işində
məqsədlərdən biridə bu adsorbentlərin seçilməsidir. Adsorbent nə qədər düzgün
seçilərsə bir o qədər yağların təmizlənməsi daha yüksək olar. Yağların kifayət qədər
təmizlənməsi normativə uyğun olaraq imkan verir ki, təkrar istifadəyə verilsin.
Yağların təmizlənməsində tədqiqat zamanı adsorbentlərin uduculuq qabiliyyəti ilə
yanaşı onların adsorbsiya izotermi, kinetik qanuna uyğunluqları, həmçinin təmizlənmə
prosesinin dinamik xüsusiyyətlərinin aşkara çıxarılması mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatı apararkən yağların təmizlənməsi prosesinin adsorbsiya izotermi və onun
kinetik əyriləri tədqiq edilir. Aparılmış bu tədqiqatlar zamanı adsorbentin maksimal
udma qabiliyyəti müəyyən edilir. Bu uduculuq qabiliyyəti eyni zamanda udulan yağ
molekullarının təbiətindən onların ölçüsündən və həm də hidrodinamiki şəraitdən
asılıdır. Əgər texnoloji reqlament düzgün seçilərsə, işlənmiş yağların tərkibindən
lazımsız komponentlərin çıxarılması tam mümkündür.