Abstract:
Dəmiryolu nəqliyyatında yol infrastrukturlarının daima saz vəziyyətdə
saxlanılması ən mühim məsələlərdən biri olmuşdur. Bu infrastrukturların saz vəziyyətdə
olması yük və sərnişinlərin, manevr hərəkətlərin təhlükəsizlik daşınması və yerinə
yetirilməsin həyata keçirir. Yol hissəsinin cari və əsaslı təmirində calaqsız yollar xüsusi
diqqət tələb edir. Belə ki, calaqsız yollar iqlim dəyişikliyindən (fəsillərdən) asılı olaraq
dəyişdirilir və onlara baxış keçirilməsi tələb olunur. Calaqsız yollarda qaynağlama ən
mühim işlərdən biridir. Qaynaq yerlərinin ümumi uzunluğu relsin 2%-nı təşkil edir.
Balaca yerdə yaranan qüsur relsin özündə yaranan qüsurun 30%-dir. Belə ki,
araşdırmalarımıza görə xaricdə aparılan bir neçə qaynağlama üsulları mövcuddur və
bunu Azərbaycan Dəmir Yollarında tətbiq ediıməsi həm səmərəli,həm də maddi
cəhətdən əlverişlidir. Yuxarıda qeyd etdiyimiz qaynağlama üsullarının (Təzyiqli qaynaq-
elektrik kontakt qaynağı, lazer qaynağı, sürtünmə qaynağı Alminium qaynağı, elektrik
qovşağ qaynağı,qapalı elektrodlu, elektroşlak) hər birinin üstün və çatışmayan cəhətləri
vardır, lakin, bu qaynağlama üsulları calaqsız yollarda hərəkətin təhlükəsizliyini,indi
ADY-də istifadə olunan qaynağlama üsuluna görə kəskin şəkildə fərqli və etibarlı hesab
olunur. Havaların kəskin dəyişməsi yolun bu hissəsinə çox böyük təsir edir. Buna görə
də calaqsız yollara yay və qış fəsillərində baxışlar keçirilir, temperatur relsi dəyişdirilir.
Apardığımız araşdırmalar nəticəsində xaricdə bu relslərin neytral temperaturunu ölçmək
üçün Tracksafe Relase sistemli, Maqnit-Barkhauzen metdona əsasən işləyən cihaz
vardır. Bu cihaz vasitəsi ilə körpülərdə, yoldəyişənlərdə və əyri sahələrdə neytral
temperaturu ölçmək imkanına malikdir. Bundan başqa Mexaniki metod da vardır ki, bu
metodda istifadə olunan cihazı işlətmək üçün 3 işçi lazım olur, bu cihazın günlük icarəsi
6000-7000 dollar təşkil edir. Vibrasiya metodu vasitəsilə isə neytral temperatur şərtlərini
tezliklə ölçə bilir, bu cihaz isə körpülərdə və yoldəyişdirci qurğularda ölçü aparmaq
mümkün olmur. Digər iki metoda nəzərən bu metod əlverişli sayılır və neytral
temperaturu həm dəqiq ölçür, həm də yolun strukturuna heç bir müdaxilə etmir.