Abstract:
Bu işdə logistika mərkəzinin yaradıla biləcəyi 6 şəhər/rayonun adı verilmişdir. Bu
yerlərin ölkədə bir və ya bir neçə potensial logistika mərkəzinin yaradılmasının
planlaşdırılan ərazilər olması nəzərdə tutulur. Ancaq qısa müddətdə ən azı tək bir
logistika mərkəzinin təcili yaradılmasına ehtiyac var. Buna görə də, tədqiqatın tətbiqi
hissəsində 6 potensial şəhər üçün model sınaq həyata keçirilib. “Çox kriteriyalı çəki”
66
yanaşmasını və “Delfi metodu”nu birləşdirən tədqiqat bu 6 şəhərin/regionun yerləşmə
xüsusiyyətlərinin və logistik potensialının aşkar edilməsində məqbul və müqayisə edilə
bilən nəticələr verib.
Qiymətləndirmədə müvafiq olaraq Ələt (7,181), Yevlax (7,030), Xaçmaz (6,166), Astara
(6,822), Qırmızı Körpü (5,956), Naxçıvan (4,172) rayonları bal toplayıb. Ələt və Yevlax
ən yüksək dəyərə malik iki potensial namizəd yer idi.
Ümumilikdə Ələt kriteriyalar üzrə yüksək nəticə göstərib. Ələtin xal toplamaqda ən
böyük üstünlüyü regionun Azərbaycanın həm paytaxtı, həm də iqtisadi, sosial və ticarət
mərkəzi olan Bakıya yaxınlığı və dəniz nəqliyyatı idi. Reytinqin ikinci pilləsində
qərarlaşan “Yevlax”ın da yaxşı qiymətləndirmə nəticələri var. Yevlaxın ölkənin
ortasında yerləşməsi və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yaxınlığı onun
xal hesabında ikinci yerdə olmasına səbəb olub. Yevlaxın Ələtlə müqayisədə böyük
çatışmazlığı dəniz nəqliyyatının olmamasıdır.
Xaçmaz Rusiya ilə, Astara isə İranla sərhəddə yerləşir. Bununla belə, onların şərq-
qərb ticarət xəttinin olmaması da xal hesabında özünü göstərdi. Əksinə, Qırmızı Körpü
şərq-qərb ticarət xəttində yerləşir və Gürcüstanla sərhəddədir. Bu bölgənin dezavantajı
həm şimal-cənub xəttinin, həm də dəniz nəqliyyatının olmamasıdır.
Naxçıvan isə qiymətləndirmədə ən az xalla altıncı yerdədir. Naxçıvanın Türkiyə və
İranla həmsərhəd olmasına baxmayaraq, regionun ən böyük çatışmazlığı Azərbaycanla
birbaşa quru əlaqəsinin olmamasıdır. Ona görə də bu çatışmazlıq bütün meyarlarda
özünü büruzə verdi. Bundan əlavə, dəniz nəqliyyatının olmaması başqa bir böyük
çatışmazlıq kimi qəbul edilə bilər.
Nəticədə regional logistika mərkəzi və ya yaradılması nəzərdə tutulan mərkəzlər
Azərbaycanın milli, regional və beynəlxalq xarici ticarətinə böyük təsir göstərəcək. Yəni
logistik mərkəzlər ölkənin regionda tranzit ölkəyə çevrilməsi planının əsas hissəsini
təşkil edəcək və həm iqtisadi, həm də siyasi baxımdan ölkəyə müsbət təsir göstərəcək.
Bunun üçün funksionallıq, bürokratiya, ekolojilik, qənaət və ümumi keyfiyyət
konsepsiyası nəzərə alınmaqla bu prosesi yaxşı idarə etmək lazımdır.