dc.contributor.author | Məmmədzadə, Kənan | |
dc.contributor.author | Poladov, Rəşad | |
dc.contributor.author | Hümbətov, Elcan | |
dc.date.accessioned | 2024-09-03T07:46:28Z | |
dc.date.available | 2024-09-03T07:46:28Z | |
dc.date.issued | 2024-07-11 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/353 | |
dc.description.abstract | Bu işdə logistika mərkəzinin yaradıla biləcəyi 6 şəhər/rayonun adı verilmişdir. Bu yerlərin ölkədə bir və ya bir neçə potensial logistika mərkəzinin yaradılmasının planlaşdırılan ərazilər olması nəzərdə tutulur. Ancaq qısa müddətdə ən azı tək bir logistika mərkəzinin təcili yaradılmasına ehtiyac var. Buna görə də, tədqiqatın tətbiqi hissəsində 6 potensial şəhər üçün model sınaq həyata keçirilib. “Çox kriteriyalı çəki” 66 yanaşmasını və “Delfi metodu”nu birləşdirən tədqiqat bu 6 şəhərin/regionun yerləşmə xüsusiyyətlərinin və logistik potensialının aşkar edilməsində məqbul və müqayisə edilə bilən nəticələr verib. Qiymətləndirmədə müvafiq olaraq Ələt (7,181), Yevlax (7,030), Xaçmaz (6,166), Astara (6,822), Qırmızı Körpü (5,956), Naxçıvan (4,172) rayonları bal toplayıb. Ələt və Yevlax ən yüksək dəyərə malik iki potensial namizəd yer idi. Ümumilikdə Ələt kriteriyalar üzrə yüksək nəticə göstərib. Ələtin xal toplamaqda ən böyük üstünlüyü regionun Azərbaycanın həm paytaxtı, həm də iqtisadi, sosial və ticarət mərkəzi olan Bakıya yaxınlığı və dəniz nəqliyyatı idi. Reytinqin ikinci pilləsində qərarlaşan “Yevlax”ın da yaxşı qiymətləndirmə nəticələri var. Yevlaxın ölkənin ortasında yerləşməsi və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yaxınlığı onun xal hesabında ikinci yerdə olmasına səbəb olub. Yevlaxın Ələtlə müqayisədə böyük çatışmazlığı dəniz nəqliyyatının olmamasıdır. Xaçmaz Rusiya ilə, Astara isə İranla sərhəddə yerləşir. Bununla belə, onların şərq- qərb ticarət xəttinin olmaması da xal hesabında özünü göstərdi. Əksinə, Qırmızı Körpü şərq-qərb ticarət xəttində yerləşir və Gürcüstanla sərhəddədir. Bu bölgənin dezavantajı həm şimal-cənub xəttinin, həm də dəniz nəqliyyatının olmamasıdır. Naxçıvan isə qiymətləndirmədə ən az xalla altıncı yerdədir. Naxçıvanın Türkiyə və İranla həmsərhəd olmasına baxmayaraq, regionun ən böyük çatışmazlığı Azərbaycanla birbaşa quru əlaqəsinin olmamasıdır. Ona görə də bu çatışmazlıq bütün meyarlarda özünü büruzə verdi. Bundan əlavə, dəniz nəqliyyatının olmaması başqa bir böyük çatışmazlıq kimi qəbul edilə bilər. Nəticədə regional logistika mərkəzi və ya yaradılması nəzərdə tutulan mərkəzlər Azərbaycanın milli, regional və beynəlxalq xarici ticarətinə böyük təsir göstərəcək. Yəni logistik mərkəzlər ölkənin regionda tranzit ölkəyə çevrilməsi planının əsas hissəsini təşkil edəcək və həm iqtisadi, həm də siyasi baxımdan ölkəyə müsbət təsir göstərəcək. Bunun üçün funksionallıq, bürokratiya, ekolojilik, qənaət və ümumi keyfiyyət konsepsiyası nəzərə alınmaqla bu prosesi yaxşı idarə etmək lazımdır. | en_US |
dc.language.iso | en | en_US |
dc.rights | Attribution-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nd/3.0/us/ | * |
dc.subject | Logistik İdarəetmə | en_US |
dc.subject | Logistik İdarəetmə və Təchizat Zəncirinin İdarə Edilməsi Arasında Əlaqə | en_US |
dc.subject | Logistika Mərkəzlərinin Xüsusiyyətləri və Yerləri | en_US |
dc.title | AZƏRBAYCANDA LOGİSTİK TERMİNALLARIN YERLƏŞMƏ YERİNİN SEÇİLMƏSİ ÜZRƏ TƏTBİQLƏR PLANININ İŞLƏNİB HAZIRLANMASI | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: