Abstract:
Qlobal istiləşmənin getdikcə artan fəsadlarını, atmosferə
buraxılan zərərli qazların səviyyəsini azaltmaq üçün təxirəsalınmaz tədbirlər görmək
zəruridir. Karbon emissiyalarının azaldılması üçün əsas prioritet istiqamət daxili
yanma mühərrikli avtomobillərin elektromobillər ilə əvəz olunması və qurğularında
elektrik enerjisindən istifadəni aktuallaşdırmaq lazımdır.
Hazırda avtomobil sənayesi üzrə qabaqcıl ölkələrdə alternativ enerji
mənbələrindən istifadə etməklə elektromobil sənayesinin gələcək inkişafı üçün bir
sıra araşdırmalar həyata keçirilir. Avtomobillərin ətraf mühitə zərərli təsirlərini
azalatmaq üçün bu üsulla əldə edilmiş enerji ilə işləyən elektromobillər perspektivli
hesab edilir.
Benzin ilə işləyən avtomobillər və dizel mühərrikli avtomobillər güc mənbəyi
kimi yanacaqdan istifadə etdiyi üçün ətraf mühitə bir çox ziyanlar vurur. Zərərli
qazlarla atmosfer qazlarının çirklənməsi ilə bərabər, istixana qazlarının
emissiyalarının artması və yanacaq təminatı xərclərində də artım müşahidə olunur.
Mütəxəssislərin tədqiqatları nəticəsində yaxın gələcəkdə bu avtomobillərin
ekologiyaya təsirinin 50%-ə qədər çatacağı güman olunur.
Gələcəkdə daha təmiz ekologiyaya sahib olmaq üçün bu problemlərin az xərclər
ödəmək ilə azaldılması təmin olunmalıdır. Bunun yollarından biri ekologiya dostu
avtomobillərin istehsalı və istifadəsini artırmaqdır.
Bütün bu parametrlərin analizinin nəticəsi olaraq gələcəkdə daha təmiz ekoloji
mühitə sahib olmaq, maliyyə böhranın baş verməməsi üçün xərclərin azaldılması,
tükənən və bərpa olunmayan enerji mənbələrindən istifadənin azaldılması, eyni ilə
dayanıqlı nəqliyyat vasitələri ilə təminata ehtiyac olduğu məlumdur. Sadalanan
göstəricilər plug-in, hibrid və litium-ion batareyalı elektromobillər kimi təmiz enerji
mənbəyinə sahib avtomobillərin istehsalını və geniş şəkildə istifadəsini labüd etdi.
Elektromobillər yenidən yüklənə bilən akkumulyator və elektrik mühərriki ilə
işləyir. Bu avtomobillər ekoloji cəhətdən təmiz olduğu üçün irəliləyən dövrlərdə
təhlükəsiz enerjinin inkişafına yön verəcək. Sürücülərin bir hissəsi ənənəvi nəqliyyat
6
növləri əvəzinə elektromobillərdən istifadəyə üstünlük verərsə, qlobal istiləşmənin,
CO2 qazının azaldılması və şəhər ekosisteminin çirklənmə səviyyəsinin enməsinə
töhvə verəcəkdir.