Abstract:
Şəhərlərdə sərnişin axının idarə edilməsi və ictimai
nəqliyyatın hərəkətinin optimallaşdırılması müasir urbanizasiya problemlərinin ən
aktual, dinamik məsələlərindən hesab olunur. Digər sahələr kimi nəqliyyat sahəsi də
texnoloji yeniliklərin müsbət təsirinə məruz qalmaqdadır. Bütün bunlar şəhərlərin
infrastrukturuna və əhali sayına əsaslanaraq yeni ictimai-nəqliyyat şəbəkələrinin
yaradılması məsələlərini gündəmə gətirir. Hal-hazırda şəhəriçi yollarda sıxlığı aradan
qaldırmağın ən optimal variantı düzgün ictimai-nəqliyyat şəbəkələrinin seçilməsi,
paylanması və düzgün idarə edilməsindən asılıdır.Bu tədqiqatın əsas məqsədlərinə kiçik
şəhərlərdə ən optimal avtobus-marşrut şəbəkələrinin yaradılması, onların
effektivliyinin artırılması və sərnişindaşımalarda yeniliklərin tətbiqi kimi məsələlər
aiddir. Sadalanan məqsədlərin reallaşdırılması yönündə aşağıdakı vəzifələrin icrası
planlaşdırılmışdır:
- Şəhərlərin əhali sayına, yerləşdiyi coğrafi mövqeyinə (relyef və landşaft quruluşu)
uyğun avtobus-marşrut şəbəkəsini qurmaq və nəqliyyat vasitəsini seçmək;
- Dünya təcrübəsindən istifadə etməklə yeni sərnişindaşıma modellərini araşdırmaq
və onların tətbiqi istiqamətində tədbirlər planı hazırlamaq;
- Nəqliyyatın idarə edilməsi məsələlərində texnologiyadan və süni intellektdən
istifadə etmək.
Tədqiqatın nəzəri və metedoloji əsasları.