Abstract:
Şəxsi və ictimai nəqliyyat uzun müddət insanların
həyatının ayrılmaz hissəsi olmuşdur. Ölkə iqtisadiyyatında böyük rol oynayır və
ictimai həyatın ayrılmaz hissəsidir. Uzun müddət sənaye, kənd təsərrüfatı, təchizat
və ticarət müəssisələrinin fəaliyyət göstərməsi və inkişafı nəqliyyatın
fəaliyyətindən asılı olmuşdur. Bu, artan əmək məhsuldarlığını və yüklərin
çatdırılması və ya işə getməsi üçün vaxtın azaldılmasını təmin edir. Bütün məcmu
nəqliyyatın optimal işləməsini təmin etmək üçün müvafiq nəqliyyat infrastrukturu
yaratmaq lazımdır. Daxili yanma mühərrikləri (DYM) olan avtomobillərin
mövcudluğu zamanı ənənəvi nəqliyyatdan istifadənin bir çox çatışmazlıqları və
kritik nəticələri müəyyən edilmişdir. Bir çox ekspertlərin hesab etdiyi kimi, şəxsi
nəqliyyat sahəsində və eyni zamanda enerji istehlakı strukturunda inqilaba
başlamaq üçün elektromobilləri və onlar üçün zəruri olan infrastrukturu inkişaf
etdirmək lazımdır. İndi infrastruktur nə dərəcədə inkişaf edib və biz elektriklə
işləyən nəqliyyat vasitələrinə keçidə hazırıqmı - tədqiqatın problemi kimi ifadə
etmək olar.
EVvolumes.com saytındakı statistik məlumatlara görə, 2010-cu ildən
indiyədək bütün ölkələrdə elektromobillərin ümumi parkı bir neçə min vahiddən
beş milyon yarıma qədər artmışdır (EV Volumes - The Electric Vehicle World
Sales Database, t.y.) . Müsbət proqnozlara sadiq qalsaq, o zaman 2030-cu ilə qədər
elektromobillərin qlobal parkı 100 milyon ədədi keçəcək. Ona görə də bu
mövzunun çox aktual olduğuna inanırıq. Qlobal təcrübənin göstərdiyi kimi,
elektromobillər üçün infrastruktur fəal inkişaf edir. Bu baxımdan aparıcı ölkələr
ABŞ, Çin və Avropa İttifaqı ölkələridir (bundan sonra Aİ). Məsələn, ABŞ-da
ictimai 4 doldurma stansiyasının quraşdırılması üçün kompensasiya ödənişləri
verilir.
Kompensasiya 50%-ə çatır, lakin 25 min dollardan çox deyil. Belə ki, ABŞ
elektromobillər üçün dünyada ən böyük infrastruktur şəbəkələrindən birini - evdə
olanlar istisna olmaqla, 30 868 stansiya və yüksək sürətli enerji doldurma
6
stansiyasını inkişaf etdirib. Çin, ABŞ-dan fərqli olaraq, büdcə hesabına
elektromobillərin enerji ilə doldurulması üçün infrastruktur inkişaf etdirir.
Beləliklə, Çin hakimiyyəti 2020-ci ilə qədər təxminən 5 milyon elektromobilə
xidmət göstərmək üçün kifayət qədər enerji doldurma stansiyaları açmağı
planlaşdırırdı. Aİ ölkələri yuxarıda göstərilən hər iki modeldən istifadə edirlər.
Elektromobillərin elm və praktikada əhəmiyyəti nədir? Birincisi, bu, elektromobil
üçün 88-95%, daxili yanma mühərriki olan bir avtomobil üçün 20-25% -ə çatan
səmərəliliyə görə enerjinin ən səmərəli istifadəsidir. İkincisi, dünya iqtisadiyyatı
inkişaf etdikcə “ekoloji infrastruktur” sıradan çıxmağa başladı və elektromobil
ekoloji cəhətdən təmiz nəqliyyat növüdür, çünki daha az çirkləndirici emissiyalar
yaradır.
Azərbaycanda isə elektromobillərə maraq artır. Lakin enerji doldurma
stansiyalarının sayı olduqca azdır. Bu da insanların elektromobil almaq fikrindən
daşındırır. Ən son texnoloji avadanlıqların Bakıya gətirilməsi, ətraf-mühitin
qorunması, ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi olduqca vacibdir.
Bu işdə biz Bakı şəhərində elektromobillərin enerji doldurma məntəqələri
bazarı mövzusunu qaldıracağıq. Bu sahələrin perspektivlərini təhlil edirik.
Həmçinin mövcud şəraitdə elektromobilər üçün enerji doldurma stansiyalarının
quraşdırılması imkanlarını araşdırırıq.