Abstract:
Tədqiqat prosesi zamanı Dünyada və Azərbaycanda tətbiq edilmiş bir sıra
texnologiyalar və araşdırmalar analiz edilmişdir. Araşdırmalar aşağıdakılardır:
1. Bakı şəhərində mövcud olan avtobus marşrut xətlərində istifadə edilən texnologiyalar və
sistemlər;
2. London şəhərində mövcud olan avtobus marşrut xətlərində istifadə edilən texnologiyalar
və sistemlər;
3. Hindistanın Mysore şəhərindəki, avtobus marşrut xətlərində aparılan araşdırmada tətbiq
edilən metodologiya;
4. İspaniyanın Ovyedo şəhərində aparılan tədqiqatlar;
5. Daşımalar prosesində yaranan problemlərin aradan qaldırılmasında istifadə edilə biləcək
müasir texnologiyalar;
6. Sərnişin axınlarının öyrənilməsi üsulları.
İlkin araşdırmalar aparıldıqdan sonra Mingəçevir şəhərində də, bir sıra
araşdırmalar aparılmış və aşağıdakı datalar əldə edilmişdir:
1. Şəhərdə 12 avtobus marşrut xətti fəaliyyət göstərir;
2. Avtobuslar əsasən Heydər Əliyev prospekti üzərində hərəkət edir;
3. Avtobusların sayında, dayanacaqların sayında, avtobusların hərəkət trayektoriyalarında
və intervallarında bir sıra problemlər mövcuddur;
4. Sərnişin axınları əsasən iş və məktəb istiqamətində olub, əsasən də şəhərin mərkəzi
hissəsinə doğru yönəlir.
Əldə etdiyimiz datalar nəticəsində bir sıra təkliflər irəli sürülmüşdür:
1. Yeni avtobusların istifadəyə verilməsi məqsədəuyğundur.
2. “4 və 6 nömrəli” avtobus marşrut xətlərinin trayektoriyasında dəyişiklik edilməlidir
(Şəkil 3.12 və şəkil 3.13). Dəyişiklik edildiyi zaman avtobus marşrut xəttinin
uzunluğunda, hərəkət intervalında və dövr (reys) sayında dəyişiklik baş verir (Cədvəl
3.3). Bu dəyişkliyə uyğun olaraq “4 nömrəli” marşrut xəttindəki avtobusların sayı 5, “6
47
nömrəli” marşrut xəttindəki avtobusların sayı isə 3 olaraq tənzimlənməlidir. Bu
tənzimləmə aparıldığı zaman avtobus xəttinin bütün göstəriciləri əvvəlki halına qayıdır.
3. Avtobuslarda nağdsız ödəniş sistemi tətbiq olunması məqsədəuyğundur (Şəkil 1.1).
4. Nağdsız ödənişi həyata keçirdə bilmək üçün lazım olan vəsaiti artırmaq məqsədi ilə
dayanacaqlarda və şəhərin müxtəlif yerlərində aparatlar quraşdırılmalıdır.
5. Şəhərdə mövcud olan avtobus dayanacaqları say etibarı ilə az və köhnədir.
Dayanacaqların sayının artırılması və müasir dayanacaqlardan istifadə edilməsi vacibdir
(Şəkil 3.14). Dayanacaq sayı və yeri apardığımız monitorinq nəticəsində müəyyən
etdiyimiz yerlərdə (Şəkil 3.11) quraşdırılması məqsədəuyğundur.
6. Sərnişinlərə avtobusların intervalı, dayanacağa çatma vaxtı haqqında
məlumatlandırılması üçün dayanacaqlarda, avtobuslarda məlumat lövhələri
quraşdırılması və bu məlumatları ala biləcəkləri tətbiqin istifadəyə verilməsi təklif
olunmuşdur.