dc.date.accessioned | 2024-09-04T08:08:47Z | |
dc.date.available | 2024-09-04T08:08:47Z | |
dc.date.issued | 2024-07-19 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/366 | |
dc.description.abstract | Tədqiqat prosesi zamanı Dünyada və Azərbaycanda tətbiq edilmiş bir sıra texnologiyalar və araşdırmalar analiz edilmişdir. Araşdırmalar aşağıdakılardır: 1. Bakı şəhərində mövcud olan avtobus marşrut xətlərində istifadə edilən texnologiyalar və sistemlər; 2. London şəhərində mövcud olan avtobus marşrut xətlərində istifadə edilən texnologiyalar və sistemlər; 3. Hindistanın Mysore şəhərindəki, avtobus marşrut xətlərində aparılan araşdırmada tətbiq edilən metodologiya; 4. İspaniyanın Ovyedo şəhərində aparılan tədqiqatlar; 5. Daşımalar prosesində yaranan problemlərin aradan qaldırılmasında istifadə edilə biləcək müasir texnologiyalar; 6. Sərnişin axınlarının öyrənilməsi üsulları. İlkin araşdırmalar aparıldıqdan sonra Mingəçevir şəhərində də, bir sıra araşdırmalar aparılmış və aşağıdakı datalar əldə edilmişdir: 1. Şəhərdə 12 avtobus marşrut xətti fəaliyyət göstərir; 2. Avtobuslar əsasən Heydər Əliyev prospekti üzərində hərəkət edir; 3. Avtobusların sayında, dayanacaqların sayında, avtobusların hərəkət trayektoriyalarında və intervallarında bir sıra problemlər mövcuddur; 4. Sərnişin axınları əsasən iş və məktəb istiqamətində olub, əsasən də şəhərin mərkəzi hissəsinə doğru yönəlir. Əldə etdiyimiz datalar nəticəsində bir sıra təkliflər irəli sürülmüşdür: 1. Yeni avtobusların istifadəyə verilməsi məqsədəuyğundur. 2. “4 və 6 nömrəli” avtobus marşrut xətlərinin trayektoriyasında dəyişiklik edilməlidir (Şəkil 3.12 və şəkil 3.13). Dəyişiklik edildiyi zaman avtobus marşrut xəttinin uzunluğunda, hərəkət intervalında və dövr (reys) sayında dəyişiklik baş verir (Cədvəl 3.3). Bu dəyişkliyə uyğun olaraq “4 nömrəli” marşrut xəttindəki avtobusların sayı 5, “6 47 nömrəli” marşrut xəttindəki avtobusların sayı isə 3 olaraq tənzimlənməlidir. Bu tənzimləmə aparıldığı zaman avtobus xəttinin bütün göstəriciləri əvvəlki halına qayıdır. 3. Avtobuslarda nağdsız ödəniş sistemi tətbiq olunması məqsədəuyğundur (Şəkil 1.1). 4. Nağdsız ödənişi həyata keçirdə bilmək üçün lazım olan vəsaiti artırmaq məqsədi ilə dayanacaqlarda və şəhərin müxtəlif yerlərində aparatlar quraşdırılmalıdır. 5. Şəhərdə mövcud olan avtobus dayanacaqları say etibarı ilə az və köhnədir. Dayanacaqların sayının artırılması və müasir dayanacaqlardan istifadə edilməsi vacibdir (Şəkil 3.14). Dayanacaq sayı və yeri apardığımız monitorinq nəticəsində müəyyən etdiyimiz yerlərdə (Şəkil 3.11) quraşdırılması məqsədəuyğundur. 6. Sərnişinlərə avtobusların intervalı, dayanacağa çatma vaxtı haqqında məlumatlandırılması üçün dayanacaqlarda, avtobuslarda məlumat lövhələri quraşdırılması və bu məlumatları ala biləcəkləri tətbiqin istifadəyə verilməsi təklif olunmuşdur. | en_US |
dc.language.iso | en | en_US |
dc.rights | Attribution-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nd/3.0/us/ | * |
dc.subject | Dünyanın və Azərbaycanın şəhərlərində avtobus marşrut xətlərinin mövcud vəziyyətinin təhlili və tətbiq olunan texnologiyalar | en_US |
dc.subject | Region şəhərlərində (Mingəçevir şəhərinin timsalında) yerdəyişmə tələbatının öyrənilməsi | en_US |
dc.subject | Monitorinq və sorğu məlumatlarının ümumiləşdirilməsi | en_US |
dc.title | Region şəhərində sərnişin axınlarının öyrənilməsi və avtobus marşrut sisteminin yaxşılaşdırılması | en_US |
dc.type | Thesis | en_US |
dcterms.accessRights | Yalnız kitabxana daxilində AzTU ictimaiyyətinin istifadəsinə icazə verilə bilər. |
Files | Size | Format | View |
---|---|---|---|
There are no files associated with this item. |
The following license files are associated with this item: